Tehran yeraltı suların tükənməsi və torpağın alt qatındakı problemlər səbəbindən çökür. Kosmik görüntülərə əsasən İran paytaxtının bəzi bölgələri ildə 5 santimetr çökür, şəhər miqyasında çöküntü 20 santimetrə bərabərdir.
Teleqraf.com xəbər verir ki, bu hesabat Almaniya alimlərinin araşdırmaları nəticəsində ortaya çıxıb.
Araşdırmanı “GFZ German Research Center for Geosciences” aparıb.
Mütəxəssislər Tehranda müşahidə edilən geoloji prosesi İranın yeraltı sərvətlərinin tükənməsi ilə əlaqələndirir. Onların fikrincə, İranda son illərin quraqlığı və su tükənməsi torpaq qatına ziyan vurub:
“Sənayedəki inkişaf və şəhərləşmənin güclənməsi suya tələbatı artırıb. Bu səbəbdən Tehran şəhərinin yerləşdiyi torpağın alt qatında suyun səviyyəsi azalıb. Bu durum torpağa mənfi təsir göstərir və onun çökməsinə gətirib çıxarır”.