İraq Hərbi Hava Qüvvələrinin Suriyada İŞİD terror təşkilatının Əd-Dəraz bölgəsindəki mövqelərinə qarşı keçirdiyi əməliyyatlarda çoxsaylı terrorçu zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, İŞİD-in bölgədəki mövqeləri “F-16” qırıcıları ilə bombardman edilib.
Məlumata görə, İraqın döyüş qırıcıları terror təşkilatının 44 üzvünün olduğu mövqeləri hədəf alıb və obyektlərin hamısı məhv edilib.