Almaniyanın Müdafiə Nazirliyi kansler ANgela Merkel üçün "A330" və ya "A350" tipli uzaqmənzilli təyyarə alacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, nazirlik kanslerin G-20 zirvə görüşündə iştirak üçün Buenos Ayresə yola düşərkən təyyarədəki texniki nasazlıq ucbatından Kölndə məcburi eniş etdikdən sonra adi sərnişin təyyarəsinə minməsi və sammitə gecikməsi nəticəsində belə qərar qəbul edib.
Məlumata görə, təyyarə 200-300 milyon avro dəyərə malikdir.