Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Petro Poroshenko arasında ikitərəfli görüş başlayıb.
Teleqraf.com İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Görüş jurnalistlərin iştirakı olmadan Aİ nümayəndələrinin vasitəçiliyi ilə Gömrük İttifaqı liderləri ilə Ukrayna prezidenti arasında keçirilən məsləhətləşmədən sonra baş tutub.
Bu, Putin və Poroshenko arasında aparılacaq ilk danışıqlardır. Düzdür, liderləri bu ilin iyun ayında Normandiyada görüşüblər. Lakin həmin görüş çox qısa olmuşdu - 10 dəqiqədən də az. Həm də kansler Angela Merkel və Fransa prezidenti Fransua Ollandın iştirakı ilə.
Bu günkü görüşə qədər isə Rusiya və Ukrayna liderləri bir neçə dəfə telefonda danışıblar.
Nihad