20 Dekabr 2018 11:00
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Nağdalyan Rusiya Xarici işlər nazirinin müavini Qriqori Karasinin səsləndirdiyi fikirlərə cavab verib.

Teleqraf.com xəbər verir ki, mətbuat katibi Ermənistanın ABŞ-la münasibətlərinin Rusiya əleyhinə yönəlmədiyini bildirib.

O, əlavə edib ki, Ermənistan müstəqil dövlətdir, istənilən ölkə ilə əlaqə qura bilər.

Bundan əvvəl Qriqori Karasin yeni Ermənistan rəhbərliyinin ABŞ-dan gələn şantaj və təzyiqlərə qarşı çıxmaq üçün özündə cəsarət tapacağına, müstəqil qərar qəbul edəcəyinə ümid etdiyini bildirmişdi.

Onun sözlərinə görə, bu il Ermənistanda baş verən radikal dəyişikliklərin fonunda Vaşinqtonun ölkənin daxili və xarici işlərində müdaxiləsi açıq müstəviyə çıxıb.

Qeyd edək ki, oktyabrda İrəvana səfər edən ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton Ermənistan rəhbərliyini ənənəvi münasibətlərdən xilas olmağa çağırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər