“Hərbi qüvvələrini Suriyadan çıxardığını elan edən ABŞ Türkiyə ilə sərhəd bölgələrinə diqqətini artıracaq”.
Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Barış Dostər deyib.
Ekspert ABŞ-ın Suriya-Türkiyə sərhədlərində fəaliyyət göstərən silahlı qruplaşmalara verdiyi dəstəyi artıracağını istisna etməyib.
Barış Dostər rəsmi Vaşinqtonun Rusiya-Türkiyə yaxınlaşmasından da narahat olduğunu diqqətə çatdırıb:
“ABŞ bu yaxınlaşmadan narahatdır, buna görə də, tərəfləri bir-birindən uzaqlaşdırmağın yollarını axtarır.
ABŞ kimi imperialist bir ölkənin Əfqanıstan və İraqdan sonra Suriyadan çıxacağını elan etməsi səmimi görünmür. Hesab edirəm ki, Amerika nəzərlərini Suriya-Türkiyə sərhədlərinə çevirəcək.
ABŞ-ın Yaxın Şərqdəki fəaliyyətlərində hədəfləri bəllidir:
İsrailin təhlükəsizliyini təmin etmək, İranı təcrid etmək... Kürdlər üçün dövlət yaratmaq cəhdləri də, buna xidmət edir”.