26 Dekabr 2018 12:25
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilə edərək, Donald Trampın prezident olmasını təmin edib”.

Teleqraf.com xəbər verir ki, bu dəfə belə bir iddia ilə “Mossad”ın sabiq direktoru Tamir Pardo çıxış edib.

İsrail mediasının xəbərinə görə, “Mossad”ın sabiq rəhbəri qatıldığı proqramda bildirib ki, Rusiya rəhbərliyi Trampı prezident seçmək üçün deyil, öz maraqları baxımından ən uyğun namizədin Tramp olduğunu düşünərək, seçkilərdə onun xeyrinə iş görüb.

Sabiq direktorun fikrincə, Moskva on minlərlə proqramlaşdırılmış virtual şəxslərdən istifadə edərək, sistemə müdaxilə edib.

Sabiq baş kəşfiyyatçı deyib ki, seçkilər öncəsi Rusiya ABŞ-ın siyasi xəritəsini çıxararaq, özünün beynəlxalq maraqlarına çatmaq baxımından ABŞ-a liderlik edəcək ən uyğun namizədi müəyyən edib:

“Aparılan araşdırma nəticəsində Trampın prezident seçilməsinin Rusiyanın beynəlxalq hədəflərinə çatması baxımından ən uyğun namizəd olduğu qərara alınıb və elektron sistemə müdaxilə edilərək, fəaliyyətə başlanılıb”.

Qeyd edək ki, ABŞ-da federal prokuror Robert Müller tərəfindən aparılan “Rusiya izi” araşdırması çərçivəsində bildirilib ki, avqust ayında Rusiya hərbi kəşfiyyatının nümayəndəsi olduğu bilinən 12 casus demokratların namizədi Hillari Klintonun seçki kampaniyasını pozmaq üçün addımlar atıb.


Müəllif: Cavad

Oxşar xəbərlər