Ukrayna prezidenti Petro Poroşenko ölkəsinin Azərbaycandakı səfirini vəzifəsindən azad edib.
Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin bu gün imzaladığı fərmanda bildirilir.
Fərmanda qeyd olunur: "Aleksandr Mişenko Pavloviç Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin".
Qeyd edək ki, Aleksandr Mişenko həmin vəzifəyə 24 fevral 2011-ci il tarixində təyin olunub. Daha öncə o, Ukraynanın Türkiyə və Avstraliyadakı səfiri vəzifələrini tutub.