Serbiyada 25 mindən çox insan ölkə prezidenti Aleksandr Vuçiçə qarşı etiraz aksiyası keçirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, paytaxt Belqradda baş tutan mitinqlərdə vətəndaşlar ölkə başçısını korrupsiya və digər qanunsuz əməllərdə ittiham ediblər.
Nümayişçilər, həmçinin hökumətin müxalifətçilərə qarşı hücumların dayandırılmasını tələb ediblər.
Qeyd edək ki, Serbiyaprezidenti Aleksandr Vuçiçə qarşı etirazlar noyabr ayında müxalifətçi siyasətçi Borko Stefanoviçin döyülməsindən sonra başlayıb.