İndoneziyanın Cənubi Sumatra əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 08:39-da qeydə alınıb. Zəlzələnin episentri Lubuklinqau şəhərindən 91 km şimal-qərbdə, ocağı isə 168 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə hələ ki, heç bir məlumat yoxdur.