2 Yanvar 2019 19:42
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə "TASS"a Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

FHN-nin nümayəndəsi deyib: "Dağıntılar altından 22-ci meyit çıxarılıb".

Qeyd edilir ki, daha 19 nəfərin axtarışları davam etdirilir.

14:22

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, onlardan 2-i uşaqdır. Dağıntılar arasından son olaraq 3 yaşlı uşağın meyiti çıxarılıb.

Binanın dağıntıları arasında hələ də 20-dən çox insanın qaldığı deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər