Şimali Koreya Cənubi Koreya ilə avtomobil və dəmir yolu əlaqələrini tamamilə kəsib.
Teleqraf.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Koreya Xalq Ordusunun Baş Qərargahı Cənubi Koreya ilə avtomobil və dəmir yolu əlaqəsini fiziki olaraq kəsmək üçün tədbirlər görüb.
Oktyabrın 15-də ölkənin şərqindəki Kamxo və Kanvondo əyalətinin qərbindəki Tone kəndində 60 metr uzunluğunda yol blokları partladılıb. Mərkəzi Teleqraf Agentliyi bu qərarın Konstitusiyanın tələbləri və “düşmən qüvvələr”in təxribatı nəticəsində Koreya yarımadasında hərbi-siyasi müharibə həddinə çatan vəziyyətə uyğun olaraq qəbul edildiyini yazıb.
Ölkənin Torpaq və Ətraf Mühitin Mühafizəsi Nazirliyi yolların partladılmasının ətraf mühitə mənfi təsir göstərmədiyini iddia edib. Amma partlayış nəticəsində nəqliyyat kommunikasiyaları əsaslı şəkildə pozulub.