17 Oktyabr 11:56
1 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusu Qırmızı dəniz və Ədən körfəzində beynəlxalq sularda üzən hərbi və mülki gəmiləri hədəfə alan Yəmən qruplaşması “Ənsarallah”ın (Husilər) mövqelərinə silsilə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Açıqlamada İranın dəstəklədiyi Husilərə məxsus çoxlu sayda silah anbarına dəqiq hava zərbələri endirildiyi bildirilib.

Vurğulanıb ki, hücumlar husilərin Qırmızı dəniz, Bab-əl Məndəb boğazı və Ədən körfəzində gəmilərə qarşı ehtiyatsız və qanunsuz hücumlarını davam etdirmək və regional tərəfdaşlarını təhdid etmək qabiliyyətini zəiflətməkdir.

“CENTCOM qüvvələri husilərin bölgədəki hərbi və mülki gəmiləri hədəfə almaq üçün istifadə etdiyi raketlər, silah komponentləri və digər döyüş sursatlarının yerləşdiyi yeraltı obyektləri hədəfə alıb”, - açıqlamada deyilir.

Hədəflər ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 Spirit uzaqmənzilli bombardmançı təyyarələri ilə məhv edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər