17 Oktyabr 13:04
1 323
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail yaxın günlərdə İranın 1 oktyabr hava hücumuna cavab verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post (VP) İsrail rəsmilərinə istinadla məlumat yayıb.

Rəsmi bildirib ki, İsrailin hansı hədəfləri seçəcəyi ilə bağlı hələlik yekun qərar yoxdur.

CNN də mənbələrə istinadla yazır ki, Vaşinqton noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl İsrailin zərbəsini gözləyir. Mənbənin məlumatına görə, İsrailin hücum planı artıq tam hazırdır, Baş naziri Benyamin Netanyahu Vaşinqtonu əməliyyatın hərbi məqsədlərlə məhdudlaşacağına, neft və nüvə obyektlərinə təsir etməyəcəyinə əmin edib.

Oktyabrın 15-də İsrail müdafiə naziri Yoav Qalant İrana tezliklə cavab veriləcəyini, bunun dəqiq və ölümcül olacağını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər