Somalinin paytaxtı Moqadişoda yerləşən Polis Akademiyasının ərazisindəki kafedə güclü partlayış baş verib, nəticədə 10 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, terrorçu-kamikadze akademiyanın ərazisinə daxil olaraq partlayıcı qurğunu işə salıb. Xəsarət alanların dəqiq sayı hələlik müəyyən edilməyib.
Hadisə yerində xilasedicilər işləyir.