27 Avqust 2014 16:21
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının müfəttişləri Suriyada həm Dəməşq hökumətinin, həm də “İraq-Şam İslam Dövləti”nin bir-birinə qarşı mübarizələrində müharibə cinayətləri və insanlığa qarşı cinayət törətdiklərini bildirib.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunlar BMT-nin Cenevrədəki mərkəzindən yayımlanan 45 səhifəlik hesabatda yer alıb.

Hesabatda bildirilir ki, İŞİD açıq sahələrdə edametmə, qamçı kimi üsullara əl ataraq xalq arasında bir qorxu kampaniyası apararkən, hökumət qüvvələri isə vətəndaşlara qarşı kimyəvi silah işlədir.

Birləşmiş Millətlər Təşkilatı Suriya Müstəqil Araşdırma Komissiyası, Suriyadakı insan haqları vəziyyətinə dair hesabatını BMT-nin Cenevrə Ofisində keçirilən mətbuat konfransında açıqlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər