28 Avqust 2014 12:18
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ukraynada oktyabrın 26-da keçiriləcək növbədənkənar parlament seçkilərinə start verilib.

Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, bu ölkənin qanunvericiliyində qarışıq sistemdə keçiriləcək seçkilərdə 450 deputat seçilməsi nəzərdə tutulur. Rusiyanın işğal etdiyi Krım və Simferopolda seçki keçirilməyəcək, ancaq bu ərazilərdə yaşayan Ukrayna vətəndaşları partiya siyahısı ilə namizədlikləri irəli sürülənlərə səs verə biləcəklər. Beləliklə, budəfəki seçkilərdə Ukrayna Ali Radasına maksimum 438 deputat seçiləcək.

Terrorçulara qarşı əməliyyatların aparıldığı Luqansk və Donetsk vilayətlərində qanunla müvafiq olaraq 11 və 21 dairədə seçki keçirilməsi nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər