28 Avqust 2014 18:32
2 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin 12-ci prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın bu gün keçirilən andiçmə mərasimi qalmaqalsız ötüşməyib.

Teleqraf.com modern.az-a istinadən bildirir ki, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının deputatları inauqurasiyanın keçirildiyi Türkiyə Böyük Millət Məclisinin zalında yumruqları ilə stolların üstünə vuraraq etirazlarını bildiriblər. Parlamentin sədri Cəmil Çiçək müxalifəti dövlətin və parlamentin ənənələrinə hörmət etməyə çağırıb. Bundan sonra müxalifət partiyasının nümayəndəsi Engin Altay Cəmil Çiçəyə Türkiyə Konstitusiyası yazılan kitab atıb. Bundan sonra CHP-nin deputatları zalı tərk ediblər.


Müəllif:

Oxşar xəbərlər