“S7 Airlines” aviaşirkətinə məxsus təyyarə güclü külək səbəbindən Maqadanın hava limanına enə bilməyib.
Teleqarf.com xəbər verir ki, kadrlardan da göründüyü kimi təyyarə yerə enməyə çalışır, amma şiddətli külək buna imkan vermir. Daha sonra pilotlar riskə getməməyi qərara alırlar və təyyarəni yenidən yüksəyə qaldırırlar.
İkinci cəhd də uğursuz alındıqdan sonra təyyarə Petropavlovsk-Kamçatka istiqamətində uçmağa başlayır. Burada müvəffəqiyyətlə eniş edir.