Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi ABŞ-dan aldığı silahları Əl-Qaida ilə bağlı birliklər də daxil olmaqla Yəməndəki bir sıra qruplara və qəbilələrə verir.
Teleqraf.com xəbər verir ki, CNN televiziya kanalı Yəməndə apardığı araşdırmada Körfəz koalisiyasının çirkli işlərini ortaya çıxarıb.
CNN-nin görüntü və fotolarında ABŞ istehsalı olan silah və avtomobillərin bir qisminin radikal təşkilatların ixtiyarında olduğu və qarşıdurma zamanı Husilərin əlinə keçdiyi ortaya çıxır.
CNN-ə danışan yerli qaynaqlar Səudiyyə və Birləşmiş Ərəb Əmirliyinin sədaqət qarşılığında Yəməndəki qrup və qəbilələrə ABŞ istehsalı olan silahlar verdiyini iddia edib.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi satılan ABŞ silah və texnologiyasının üçüncü tərəfə verilməsini qadağan edir.