Kolumbiya-Venesuela sərhədində hərbi hərəkətlənmə müşahidə olunur. Kolumbiya Hərbi Hava Qüvvələrinə aid “C-130” yük təyyarəsi Venesuela ilə sərhəddəki Cucuta yaşayış məntəqəsinə əsgər daşıyıb.
Teleqraf.com xarici mediaya istinadla bildirir ki, 3 ABŞ hərbi təyyarəsinin Kolumbiyada eniş etdiyi, ABŞ-ın dəniz piyadalarının Kolumbiyaya daxil olduğu haqda iddialar da səsləndirilir.
ABŞ mediasıda dəniz piyadalarının Kolumbiyaya çatdığı haqda iddialar iki gündür ki, səngimək bilmir.
ABŞ rəsmiləri isə bu iddiaları rədd edib.
Kolumbiya Müdafiə naziri Botero isə ölkəyə 3 Amerika təyyarəsinin endiyini təsdiq edib, ancaq bunun Venesuela ilə əlaqəsi olmadığını bildirib.
O, Kolumbiyaya enən ABŞ təyyarələrinin Kolumbiyada qadın alverinin qarşısının alınması məqsədilə gəldiyini deyib.