8 Fevral 2019 13:16
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağdadda Ebu Fazil Abbas briqadasının lideri Avs Havaçı həbs edilib.

Teleqraf.com xəbər verir ki, mənbələr Bağdad Əməliyyatlar Komandanlığı və Haşdi-Şəb təhlükəsizlik qüvvələri birlikdə keçirdikləri əməliyyatla Avs Havaçını özünün qərargahında həbs edib.

Onun konkret hansı səbəblərdən həbs edildiyinə dair rəsmi açıqlama verilməyib.

Məlumata görə, Havaçı həbsindən bir neçə saat əvvəl iştirak etdiyi televiziya proqramında İranı tənqid edibib. O, yazıçı Meşdubun Kərbala şəhərində silahlı sui-qəsdlə öldürülməsi haqda danışıb.

Deyib ki, yazıçını İrana bağlı olan və bu ölkəyə sevgi bəsləyənlər öldürüb. Bununla da yazıçının İrana bağlı qüvvələr tərəfindən aradan götürüldüyünə işarə edib.

Havaçı eyni zamanda İraqda hərbi gücü olan xarici ölkələrin varlığına son qoyulmasını, İranın ölkəsinin daxili işlərinə müdaxilə etməməsinin vacibliyini elan edib.

Qeyd edək ki, yazıçı Ala Meşdub fevralın 2-də Kərbala şəhərində evinin qarşısında öldürülüb. Şiə məzhəbli yazıçı iki həftə əvvəl sosial şəbəkə hesabında İran lideri Xamneyini tənqid edən fikirlər yazıb.


Müəllif: Cavad

Oxşar xəbərlər