9 Fevral 2019 17:10
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Köçəryan ona qarşı irəli sürülmüş ittihamlarla bağlı heç bir ifadə verməyəcək.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda keçmiş prezidentin vəkili Ayk Alumyan jurnalistlərə bildirib.

Vəkil deyib ki, Köçəryan ona qarşı irəli sürülən ittihamları saxta hesab edir.

Qeyd edək ki, daha əvvəl Ermənistan Apelyasiya Məhkəməsi sabiq prezidentin həbsdən azad olunması ilə bağlı müraciəti təmin etməyib. Məhkəmə onun daha iki ay həbsdə saxlanması barədə qərarı qüvvədə saxlayıb.

Bundan sonar keçmiş prezidentin vəkili Ayk Alumyan bildirib ki, onun həbsi ilə bağlı Apelyasiya Məhkəməsinin qərarından İnsan Hüquqları üzrə Avropa məhkəməsinə şikayət ediləcək.

“Bu qərarda hüquqi komponent sıfra bərabərdir. Bu siyasi qərardır və Köçəryan növbəti dəfə əmin oldu ki, ona qarşı siyasi təqib həyata keçirilir”, - vəkil söyləyib.

Sabiq prezidentin daha bir vəkili Ruben Saakyan isə jurnalistlərə bildirib ki, prezident toxunulmazdır və onun günahını sübuta yetirəcək heç bir əsaslandırılmış fakt yoxdur.

Xatırladaq ki, Xüsusi İstintaq Xidməti 2018-ci il iyulun 26-da 2018-ci il 1 mart etiraz aksiyalarının dağıdılması haqqında cinayət işi çərçivəsində keçmiş prezidenti konstitusiya quruluşunu pozmaqda ittiham edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər