Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq hersoqu, 97 yaşlı şahzadə Filip sürücülük vəsiqəsindən imtina edib.
Teleqraf.com xəbər verir ki, şahzadə könüllü şəkildə belə qərar verib.
Qeyd edək ki, şahzadə Filip yanvarda avtomobil qəzasına düşüb və qəza zamanı xəsarət almayıb. Polis tərəfindən aparılan araşdırmalar zamanı şahzadənin təhlükəsizlik kəmərindən istifadə etmədiyi ortaya çıxmışdı.