“Dağlıq Qarabağ əhalisi öz gələcək müqəddaratlarını təyin etmək məsələsində fəal olmalıdırlar. Xankəndinin danışıqlar prosesinə qatılması Ermənistanın əsas prinsiplərindən biridir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bu məsələnin Ermənistanın strateji müttəfiqləri ilə müzakirə ediləcəyini bildirib.