Fransada 500 sakinin yaşadığı bir qəsəbənin bələdiyyəsi hürən itlərlə bağlı qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, hürən itinin səsini kəsməyən və ya iti küçədən evinə aparmayan sakinlər 68 avro cərimə ödəməli olacaqlar.
Heyvan hüquqlarının müdafiəçiləri qərara etiraz ediblər.
Bələdiyyə sədri açıqlama verərək deyib ki, qərar itlərə qarşı deyil, bir-iki ağız hürən itə görə sahiblər cərimələnməyəcək: “Gərək sakinlər də öz itlərini nəzarətdə saxlasınlar”.
Qeyd edək ki, bələdiyyə bu qərarı qəsəbə əhalisinin bir sakindən etdiyi çoxsaylı şikayət nəticəsində çıxarıb.