29 Avqust 2014 18:03
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada qaçqınların sayı 3 milyon nəfəri ötüb.

Teleqraf.com-un Türkiyə saytlarına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatı yayıb. Məlumatda deyilir ki, döyüşlər başlanandan sonra hər 8 suriyalıdan biri başqa ölkədə sığınmağa məcbur olub və bunun nəticəsi olaraq Suriya tarixi ərzində ən böyük insanlıq böhranını yaşayır. BMT-nin Ali Komissarlığından bildirilir ki, ölkə daxilində isə köç edənlərin sayı 6,5 milyondur ki, bunlardan da çoxunu uşaqlar təşkil edir.

Xatırladaq ki, 3 ildir davam edən döyüşlər nəticəsində Suriyada 190 mindən çox insan həlak olub.

Samir


Müəllif:

Oxşar xəbərlər