İsrail baş naziri Binyamin Netanyahunun ötən il Mərakeş xarici işlər naziri Nasir Buritayla ABŞ-da gizli görüş keçirdiyi ortaya çıxıb.
Teleqraf.com İsrailin Kanal 13 televiziyasına istinadla bildirir ki, Netanyahu və Burita ötən il Nyu-Yorkda BMT-nin sessiyasında iştirak etdikləri zaman görüşüb.
İddialara görə, görüşdə əsasən indiyə qədər diplomatik əlaqələri olmayan İsraillə Mərakeş arasında diplomatik münasibətlərin yaranması və İrana qarşı birgə mübarizə məsələləri müzakirə edilib.
İsrail baş nazirinin ofisi isə bəyan edib ki, İsrail diplomatik əlaqələrə malik olmadığı ölkələrlə münasibətlər dəyərləndirilir.