18 Fevral 2019 16:04
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı şahzadəsi, vəliəhd Məhəmməd bin Salman İngiltərənin “Mançester Yunayted” futbol klubunu satın almaq istəyir.

Teleqraf.com xəbər verir ki, şahzadə bunun üçün klub rəhbərliyinə 3.8 milyard funt-sterlinq təklif edib.

“The Sun” qəzetinin məlumatına görə, Salman klubun hazırkı sahibi Qlazer ailəsi ilə danışıqlara başlayıb.

Rəhbərlik Qlazer ailəsi klubu satmaq istədiyi xəbərini təkzib etsə də, Salmanın verdiyi məbləği artırmaq üçün gözlədiyini və maraqlarına uyğun təklif alınacağı halda, “Mançester Yunayted”i satacağı bildirilib.

Qeyd edək ki, amerikalı Qlazer ailəsi ingilis klubunu 14 il əvvəl 790 milyon funt-sterlinqə almışdı.


Müəllif: Mənsur Rəğbətoğlu