2019-cu ilin yanvarında Türkiyədə 33 min yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, yol qəzalarında 160 nəfər həlak olub, 17 500 nəfər xəsarət alıb.
Bundan başqa, 26 zəncirvari yol qəzası qeydə alınıb.
118 yol-nəqliyyat hadisəsinə sürət həddinin aşılması, 175 qəzaya isə avtomobili içkili vəziyyətdə idarəetmə səbəb olub.
Yanvar ayında sürücülərə 216 700 min türk lirəsi məbləğində cərimə yazılıb.