Sosial şəbəkədə hər paylaşımı və çıxışı ilə ajiotaj yaradan Türkiyənin məşhur müğənnisi Yıldız Tilbə bu dəfə Səhiyyə Nazirliyinə qeyri-adi çağırış edib.
Teleqraf.com xəbər verir ki, sənətçi donuz qripinin qarşısının alınması üçün nazirlikdən pulsuz dərman paylanmasını xahiş edib.
“Donuz əti yemirik, niyə donuz qripi oluruq? Bu virusdan xilas olmaq istəyirik, millət olaraq xəstəyik, halımız necə olacaq, xəstəlikdən yorulmuşam. Səhiyyə Nazirliyi Allah rizası üçün bizə pulsuz dərman paylasın, xahiş edirəm...”, deyə Yıldız Tilbə özünün Tvitter mikrobloqunda yazıb.