Ukrayna Prezidenti Pyotr Poroşenko Jolkva şəhərində mitinqdə çıxışı zamanı səhvə yol verərək rəhbərlik etdiyi ölkəni təcavüzkar adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
“Bu gün mən Ukraynanın prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı kimi “Ukrayna təcavüzkarı”nı dəf etmək üçün Ukraynanı qorumalı, onun müdafiəsini təşkil etməliyəm”, - deyə Pyotr Poroşenko bildirib.
Poroşenko ətrafdakıların gülüşündən sonra sözlərində dəyişiklik edərək “rus təcavüzkarı” ifadəsini söyləyib.
Ukrayna prezidentinin bu çıxışı sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.