26 Fevral 2019 20:30
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın Sahil Təhlükəsizliyi Xidmətinin əməkdaşları Türkiyəyə məxsus balıqçı gəmisini atəşə tutub.

Axar.az DHA-ya istinadən xəbər verir ki, Türkiyənin Ordu şəhərindən açıq dənizə çıxan 14 metrlik balıqçı gəmisi beynəlxalq sularda Rumıniyanın Sahil Təhlükəsizliyi Xidmətinin katerləri tərəfindən izlənilməyə başlanıb və “Dayan” əmrinə tabe olmayan türk gəmisi atəşə tutulub.

Olayda 3 balıqçının yaralandığı, gəminin də zərər gördüyü deyilib.

Böyük qorxu yaşayan 8 nəfərlik balıqçı heyəti rabitə əlaqəsinə girərək yardım çağırmaq məcburiyyətində qalıb.

Daha sonra Rumıniya tərəfinin gəmiləri də geri çəkildikdən sonra, türk balıqçılar İstanbula qayıdıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər