27 Fevral 2019 08:40
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə S-400 sistemlərinin alınması məsələsində geri addım atmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "NTV" və "Star TV" telekanallarına müsahibəsində bildirib.

T.Ərdoğan deyib: "S-400 məsələsində artıq dala addım atmaqdan söhbət belə gedə bilməz".

Bundan əlavə, Türkiyə prezidenti "Petriot" zenit-raket komplekslərinin də alınmasının mümkün olduğunu bildirib: "Məsələ "Petriot" sistemlərinə gəldikdə əgər bizə yaxşı şərtlər təklif edilsə, biz onları nəzərdən keçirə bilərik. Biz alternativ variantları öyrənməyə borcluyuq".


Müəllif: Teleqraf.com