2018-ci ilin sentyabrından 2019-cu ilin fevralına qədər Madaqaskarda qızılca virusundan əksəriyyəti uşaq olmaqla minə yaxın insan ölüb.
Teleqraf.com xəbər verir ki, BMT-nin Uşaq Fondunun (UNİSEF) açıqlamasına görə, ada ölkədə 76871 nəfərdə qızılca aşkarlanıb.
Onların 928 nəfəri ölüb.
Madaqaskar hökumətinin UNİSEF-lə birlikdə yanvarda başlatdığı birgə layihə çərçivəsində 3,4 milyon uşaq peyvənd olunub. Martın sonuna qədər daha 3,9 milyon uşağın peyvənd olunması planlaşdırılır.
Ancaq şiddətli yağışların davam etməsi prosesi əngəlləyən faktor kimi göstərilir.