Güney Azərbaycanın Meşkin şəhərində kustar yolla hazırlanmış saxta alkoqollu içkilərdən 3 nəfər ölüb, 57 nəfər zəhərlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Məlumata görə, zəhərlənmədən ölənlərdən biri qadındır.
Bildirilib ki, zəhərlənənlərin sayı əvvəlcə 23 nəfər olsa da, sonradan onların sayı 57 nəfərə çatıb. Bir nəfər görmə qabiliyyətini itirib.
Vətəndaşlara saxta alkoqollu içkilər satmaqda şübhəli bilinən 2 nəfər həbs edilib.
Qeyd edək ki, bundan əvvəl isə İranın Əhər şəhərində saxta içkilərdən 102 nəfər zəhərlənmişdi. Zəhərlənənlərdən biri ölüb.
Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında İranın 8 əyalətində saxta alkoqollu içikilər qəbul edən 1000-dən çox insanın zəhərlənməsi barədə məlumat yayılmışdı.