ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə sabiq namizəd, keçmiş dövlət katibi Hillari Klinton 2020-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini bəyan edib.
Teleqraf.com CNN-ə istinadla xəbər verir ki, Hillari Klinton yazıçı, fəal və nənə kimi həyatından həzz almağı planlaşdırır.
O, həmçinin inanclarını müdafiə etməyə və işləməyə davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, Hillari Klinton 2016-cı il prezident seçkiləri zamanı hazırki Prezident Donald Trampa uduzmuşdu. Tramp isə Klintonu Rusiya ilə sözləşmədə ittiham edirdi.