6 Mart 2019 18:42
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçilərinə bağlı Qüds qüvvələri xüsusi hərbi birləşməsinin komandir müavini İsmayıl Kaan Suriya Prezidenti Bəşər Əsədi Tehrana Qüds qüvvələrinin gətirdiyini iddia edib.

Teleqraf.com xəbər verir ki, İsmayıl Kaan İran Prezidenti Həsən Ruhaninin laqeydliyi ucbatından Xarici İşlər naziri Cavad Zərifə səfər barədə məlumat verilmədiyini söyləyib.

“Bəşər Əsədi Tehrana Qüds qüvvələri gətirdi. Prezidentin bundan xəbəri vardı. Zərifin səfər barədə məlumatlandırılmaması hökumətin laqeydliyi ilə əlaqədardır. Bizim hökumətlə bir çox məsələdə fikir ayrılığımız olsa da, hökumət bizim hökumətimizdir”, -deyə komandirin müavini bildirib.

Əsədin Tehrana gətirilməsinin həssas məsələ olduğunu vurğulayan İsmayıl Kaan qeyd edib ki, İranın dövlət xaricində əməliyyatlarını həyata keçirən Qüds qüvvələri komandiri Qasım Süleymani Xarici İşlər naziri Zəriflə dostdur: “Məlumatlı olması vacib olan şəxslər səfər barədə bilgili idi”.

Qeyd edək ki, Bəşər Əəsdin fevralın 25-də səfəri çərçivəsində İranın ali dini lideri Əli Xamenei və Prezident Həsən Ruhani ilə görüşüb. Heç bir görüşdə iştirak etməyən XİN rəhbəri Məhəmməd Cavad Zərif istefa verdiyini açıqlasa da, Ruhani istefasını qəbul etməyib.

Nərgiz


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər