Hindistan Pakistandan terror təşkilatlarına qarşı qəti addım atmağı tələb edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Raveş Kumar deyib.
Sözçü Pakistan hüquq-mühafizə orqanlarının “Milli tədbirlər planı” adını verdiyi terrorla mübarizə çərçivəsində keçirdiyi əməliyyatları şərh edib.
Əməliyyatların yetərli olmadığını bildirən XİN rəsmisi Pakistan torpaqlarında terroristlərə və terrorun alt qurumlarına qarşı qəti addım atılmasını vacib sayıb.
O, deyib ki, Pakistanda terror düşərgələrinin mövcudluğu ölkə daxilində və xaricində hamıya məlumdur.
Pakistan hökumətinin informasiya naziri Favad Çaudri isə deyib ki, terror qruplarına qarşı hərəkətə keçilib və kiməsə Pakistan torpaqlarından hər hansı ölkəyə qarşı istifadəsinə imkan verilməyəcək.
Nazir əlavə edib ki, Pakistanın baş naziri İmran Xan Hindistandan onlara rəsmi faktların verilməsini tələb etsə də, Hindistan tərəfi bu günə qədər müvafiq bilgi verməyib.
Cavad