13 Mart 2019 10:49
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vatikanın sabiq iqtisadiyyat naziri və Avstraliya kardinalı Georgi Pell haqqında məhkəmə 6 il həbs cəzası çıxarıb.

Teleqraf.com xatırladır ki, sabiq Vatikan naziri səlahiyyətindən sui-istifadə edərək uşaqları cinsi istismara məruz qoymaqda ittiham olunur.

Artıq neçə müddətdir ki, onunla bağlı Melbourne şəhərində məhkəmə prosesi aparılır. Kardinal 1996-2001-ci illərdə bu şəhərdə baş yepiskop olduğu dövrdə 13 yaşlı iki oğlan uşağına təcavüz etməkdə ittiham edilir.

77 yaşlı kardinal 6 il müddətinə azadlıqdan mərhum edilib.

Bu, katolik kilsəsinin ali rəhbərliyində təmsil olunan şəxsə ən böyük cəza faktı kimi tarixə düşür.


Müəllif: Cavad

Oxşar xəbərlər