19 Mart 2019 09:01
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə qeyri-adi hadisə insanları həyəcanına səbəb olub.

Teleqraf.com xəbər verir ki, Osmaniyyə şəhərində hərəkət edən avtomobilin arxa baqajında iki ayağı bayıra çıxmış şəxs hamını heyrətə salıb.

Əvvəlcə insanlar kiminsə öldürüldüyünü və ayaqlarının avtomobildə sallanılı qaldığını güman ediblər. Lakin bir müddətdən sonra baqajdan sallanan ayaqlar tərpənməyə başlayıb.

Beləcə bədən və başı baqajda olan, ayaqları isə bayıra sallanan şəxsin ölü olmadığı ortaya çıxıb.


Müəllif: Cavad

Oxşar xəbərlər