Çexiya Prezidenti Miloş Zeman Ukrayna rəhbərliyinə ölkə Konstitusiyasını dəyişdirməyi təklif edib.
Teleqraf.com xəbər verir ki, M.Zeman Ukrayna hakimiyyətinin ölkədə mütləq desentralizasiya aparmalı (mərkəzi orqanların bəzi vəzifələrinin yerli orqanlara verilməsi) olduğunu bildirib.
“Bunun üçün Ukrayna Konstitusiyasını dəyişdirməyə ehtiyac duyulur. Ukraynanın desentralizasiyası bütün bölgələrə daha çox muxtariyyət qazandıracaq”, – deyə M.Zeman bildirib.