21 Mart 2019 19:28
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna-Avropa İttifaqı qeyri-rəsmi sammitində növbəti 5 ildə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqının prezidenti Donald Tusk məlumat verib.

Onun sözlərinə görə, Aİ Ukrayna ilə əməkdaşlığa önəm verir və Avropaya inteqrasiyası istiqamətində atılan addımları yüksək qiymətləndirir.

Qeyd edək ki, martın 20-də Brüsseldə keçirilən sammitdə Ukrayna prezidenti Petro Poroşenko, Aİ prezidenti Donald Tusk, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker və Avropa Parlamentinin sədri Antonio Tayani iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər