İranın Məşhəd şəhərində 2 polis əməkdaşı və 1 qadın qətlə yetirilib.
Teleqraf.com xəbər verir ki, hadisə polislərin öz xidmətlərini yerinə yetirdiyi vaxt baş verib.
Bir ailədə mübahisə baş verməsi, ərin öz həyat yoldaşını silahla təhdid etdməsi barədə polisə məlumat daxil olub. İki polis əməkdaşı hadisə yerinə yollanıb.
Polislərin mübahisəyə müdaxiləsinə görə əsəbləşən ər tapança ilə əvvəlcə həyat yoldaşına, sonra 2 polis əməkdaşına atəş açıb. Hər üç şəxs aldıqları güllə yarasından hadisə yerində həlak olub.
Adı mediaya açıqlanmayan şəxs daha sonra özünə qəsd edərək həyatına son qoyub.