Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "XL" ticarət, RİO" ticarət-əyləncə mərkəzində bomba həyəcanı yaşanıb.
Teleqraf.com Rusiya KİV-nə istinadla xəbər verir ki, "XL" mərkəzindən təxminən 800, "RİO" ticarət-əyləncə mərkəzindən 2,6 min insan təxliyə edilib.
Xəbərə görə, hər iki mərkəzin binası daxilində partlayıcı qurğunun olması barədə daxil olan məlumat olub.
Dərhal əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, axtarış aparılır.