25 Mart 2019 16:10
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtidardakı Mühafizəkar partiyasının və onun təəssübkeşlərinin İslama qarşı təzyiqlərinə məruz qalıram.

Teleqraf.com xəbər verir ki, bu sözləri Londonun ilk müsəlman bələdiyyə sədri Sadiq Xan ölkənin baş naziri Tereza Meyə ünvanladığı müraciətdə qeyd edib.

Xan Yeni Zelandiyada iki məscidə edilən terror hücumundan sonra öz ölkəsində İslama qarşı söz hücumlarına məruz qalıb.

Bələdiyyə sədri baş nazir Meyi İngiltərədəki müsəlmanlar üçün qurulan parlament qrupunun hazırladığı, İşçi Partiyası və Liberal Demokratların qəbul etdiyi anti-islamizm konsepsiyasını qəbul etməyə çağırıb.

Sözügedən sənəddə “islamafobiya və müsəlmanları hədəfə alan hər cür yanaşma irqçilikdir” ifadəsi yer alır.
Bələdiyyə sədrinin məktubunu dərc edən “Quardian” qəzeti qeyd edib ki, Yeni Zelandiyada məscidə terror hücumundan sonra İngiltərədə müsəlmanlara qarşı işlənən nifrət cinayətləri 593 dəfə artıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər