26 Mart 2019 18:21
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ Prezidenti Donald Tramp Suriya ərazisi olan Colan təpələrinin işğalçı İsrail torpaqları kimi tanımaqla bağlı sənəd imzalayıb. Buna cavab olaraq ərəb ölkələrindən bir səs çıxdımı?"

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O xatırladıb ki, Suriya da Ərəb Dövlətləri Liqasının üzvüdür: "Bölgədəki ərəb ölkələrindən Donald Trampın qərarına reaksiya verən oldumu? İlk etirazı Türkiyə bildirdi. Avropa İttifaqı belə qərara etiraz etdiyi halda ərəb dövlətləri İsrail məsələsində qorxularından səslərini çıxara bilmirlər. Tarixinə sahib çıxa bilməyənlər, müqəddəs savaşlarına necə sahib çıxacaqlar?! Mən nə İordaniyanı, nə də Qətəri nəzərdə tutmuram. Mən Qüdsün işğalı qarşısında ABŞ-a etiraz edə bilməyən, Qüdsün himayəçisi olan İordaniya və Fələstinə də "siz də səsinizi çıxarmayın, biz ABŞ və İsrailə müqavimət göstərə bilmirik" - deyən ərəb ölkələrini nəzərdə tuturam. Bunu demək mənim haqqımdır".


Müəllif: Mənbə/Report