26 Mart 2019 18:54
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Rusiya hərbçiləri Suriyanın Tel-Rifat bölgəsində ilk dəfə olaraq koordinasiyalı şəkildə patrul xidməti həyata keçirib.

Teleqraf.com xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi özünün tvitter hesabından Tel-Rifat bölgəsində həyata keçirilən ilk patrul fəaliyyətinə dair fotolar yayıb.

“Tel-Rifat bölgəsində atəşkəsin əldə edilməsi, istiqlalın təmin olunması və hücumları önləmək məqsədilə əvvəlcədən əldə edilən razılaşmaya əsasən, Türk Silahlı Qüvvələri ilə Rusiya Silahlı Qüvvələri ilk dəfə koordinasiyalı şəkildə fəaliyyət lərini icra edib”,-Türkiyə Müdafiə Nazirliyi bəyan edib.


Müəllif: Cavad