3 Aprel 2019 18:15
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani İran Qırmızı Aypara Cəmiyyətinə məxsus bank hesablarının ABŞ tərəfindən bağlandığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, İran prezidenti xaricdən gələn yardımın qarşısının alındığını söyləyib.

“Ölkə xaricindəki iranlıların öz həmvətənlərinə göndərdiyi yardımların qarşısını alaraq Qırmızı Aypara Cəmiyyətinin hesablarını bağlayan düşmənlərin üzü qaralıb. Sel fəlakəti kimi ağır şəraitdə başqa ölkələrdən gələn yardımları ala bilmirik.

ABŞ-ın seldən zərərçəkənlərə göndərilən beynəlxalq yardımları əngəlləməsi görünməmiş cinayətdir. Hamı İranda xalq və rəsmilərin əl-ələ verib dağıntıları yenidən inşa etdiyini görəcək”, - deyə Həsən Ruhani bildirib.

ABŞ-ın Qüds və Qolan təpələri ilə bağlı qərarına toxunan İranın dövlət başçısı qeyd edib ki, nə Qüds işğalçıların paytaxtı olacaq, nə də Qolan Suriyadan qoparılacaq: “Müsəlmanları işğalçı sionistlərə təslim olmağa məcbur edən düşmənlər uğur qazana bilməyəcək”.


Müəllif: Leyla

Oxşar xəbərlər