5 Aprel 2019 12:35
3 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Xarici İşlər Nazirliyində çalışan Thomarita Kaladara adlı katibənin fotoları ölkədə ciddi qalmaqala səbəb olub.

Teleqraf.com xəbər verir ki, Yunanıstan XIN-də nazir müavini vəzifəsində çalışan Markos Bolarisin katibəsinin yaydığı açıq-saçıq fotolar diqqət çəkdiyi üçün qadın istefa vermək məcburiyyətində qalıb.

Hazırda ölkədə hamı katibənin sözügedən görüntülərini müzakirə edir. Fitneslə maraqlanan Kaladara diplomatik xidməti zamanı açıq-saçıq fotosunu sosial şəbəkədə paylaşıb. Müxalifət isə qadına qarşı kampaniyaya başlayıb.

Kaladara sonda istefa vermək məcburiyyəti ilə üzləşib. Lakin nazir müavini köməkçisinin istefa ərizəsini qəbul etməyib.

Bolaris katibəsinin son hərəkətləri haqqında “Qadınlar istədikləri fotoları paylaşmaqda azaddırlar. İş məsələsində ləyaqətə bağlıyam” deyib.


Müəllif: Cavad

Oxşar xəbərlər